Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Cavid Qurbanov: “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə bağlı işlərin... Adalet.az | Cavid Qurbanov: “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə bağlı işlərin... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Cavid Qurbanov: “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə bağlı işlərin...

4294    |   2018-08-08 16:17
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə bağlı işlərin birinci mərhələsi başa çatıb, dəhlizin Azərbaycan ərazisində olan hissəsi tam istismara hazırdır.

"Azərbaycan Dəmir Yolları” QSC-dən Adalet.az-a verilən məlumata görə, bunu qurumun sədri Cavid Qurbanov Rusiyanın nəqliyyat nazirinin müavini Alan Luşnikov ilə görüşdə deyib.

C.Qurbanov Azərbaycanın nəqliyyat-logistika imkanları, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, "Şimal-Cənub”, Cənub-Qərb nəqliyyat dəhlizləri və Bakı -Tbilisi - Qars dəmir yolu bağlantısı barədə ətraflı məlumat verib.

C.Qurbanov bildirib ki, "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi təkcə Azərbaycan, Rusiya Federasiyası və İran deyil, eləcə də ixrac-idxal əməliyyatlarını həyata keçirərək ticarət dövriyyəsini artırmaq istəyən digər region dövlətlərinin də inkişafında əhəmiyyətli rol oynayacaq.

"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə bu dəhliz Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq.

Görüşdə ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi məsələləri müzakirə olunub.

Rusiya Federasiyasının nəqliyyat nazirinin müavini A.Luşnikov "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Azərbaycan tərəfinin gördüyü işləri yüksək qiymətləndirib və bu marşruta yük axınının cəlb edilməsi üçün bütün imkanların səfərbər edilməsinin vacib olduğunu bildirib.




İmza:
SON XƏBƏRLƏR
2018-12-19
2018-12-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (79.38%)
"Neftçi" (20.62%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

- Ay Ənvər səni niyə əsgərliyə aparmadılar?
- Gözüm zəif görür, ona görə. Bax misal üçün sən o divara vurulmuş xırda mismarı görürsən?
- Hansı mismar?
- Bax o sarı divara vurulmuş mismar.
- Hardadı, mən görmürəm.
- Əşşi, yaxşı bax da. Düz bax görəcəksən .
- Hə,hə indi gördüm .
- Ay sağ ol. Amma mən o mismarı görmürəm.




digər lətifələr
ARXİV
FACEBOOK