adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
08 Avqust 2018 14:35
10743
KRİMİNAL
A- A+

Sarayda quldurluq edən keçmiş məhkum saxlanıldı

Avqustun 4-də Abşeron rayonunun Saray qəsəbəsi ərazisində naməlum şəxs Sumqayıt şəhər sakini Rahim Mustafayevin bud nahiyəsinə bıçaqla xəsarət yetirib 126 manat pulunu alıb.

DİN-dən Adalet.az-a verilən məlumata görə, RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Əhmədov saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.