adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
08 Avqust 2018 14:24
10834
DÜNYA
A- A+

ABŞ və Çin arasında ticarət müharibəsi böyüyür

ABŞ prezidenti Donald Trampın Çinin "texnoloji oğurluq vasitəsilə ədalətsiz ticarət qaydaları”nı əsas tutaraq Çindən idxal olunan texnoloji məhsullarına tətbiq edilən yüksək gömrük rüsumlarının ikinci mərhələsinin vaxtı və əhatə dairəsi açıqlanıb.

Adalet.az xəbər verir ki, bu barədə Amerika prezidentinin icra aparatında ticarət qanunvericiliyinin işlənib hazırlanmasilə məşğul olan ABŞ Ticarət Nümayəndəliyi (TN) məlumat verib.

Qurum bəyan edib ki, avqustun 23-dən etibarən Çindən alınan 16 milyard dollar həcmində məhsullara 25 faiz gömrük rüsumu qoyulacaq. Yüksək ticarət tarifinin tətbiq ediləcəyi ikinci məhsullar siyahısına motor yağı, etilen, vinil xlorid, akril polimerlər və yarımkeçiricilərlə bağlı 279 maddənin adı salınıb.

Xatırladaq ki, ABŞ-ın Çinin müdafiə, aviasiya və emal sənaye sahələrini hədəfə alan yüksək gömrük rüsumlarının ilk mərhələsi 7 iyuldan qüvvəyə minib və Çinin 34 milyard dollar dəyərində 818 adda məhsulunu əhatə edir.