adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
09 Avqust 2018 10:56
11065
İDMAN
A- A+

BU FUTBOLDU, RUHDAN DÜŞMƏYƏ DƏYMƏZ

«Qarabağ» «BATE»yə uduzdu. Bu futboldu - zəfəri var, məğlubiyyəti var. O boyda Braziliya, o boyda Almaniya evlərinə əli boş döndülər.

Qələbənin şəriki çox olur, məğlubiyyətdə isə məğlub olan meydanda tək qalır.

Biz «Qarabağ»ı meydanda tək qoymarıq, «Qarabağ»ımıza inanırıq. Səninləyik, «Qarabağ»! Bu futboldu, ruhdan düşməyə dəyməz. İnşallah, Qarabağ atlarının kişnərtisini bütün Belarus eşidəcək.

Bütün Azərbaycan səninlədi «Qarabağ»! Bütün Azərbaycan səninlədir, Qurban Qurbanov! Bütün Azərbaycan səninlədir, Rəşad Sadıqov!
Ölməz şairimiz Cabir Novruz deyir ki, təki millətdə ruh yaşasın.

Təki «Qarabağ»ın ruhu sönməsin.