ANA SƏHİFƏ / İDMAN

“Səfərdə vurulan bir qol hər şeyi dəyişə bilər” – Qurban Qurbanov

6017    |   2018-08-08 10:52
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Məğlub olduq. İstəməzdik. Amma hələ 1-ci oyundur. Qarşıda 90 dəqiqəmiz var. Daha yaxşı hazırlaşacağıq. Bir az həyəcan var idi. Buna baxmayaraq, futbolçular 2-ci hissə daha yaxşı oynadılar. Rəqib təcrübəli komanda idi”.

Modern.azxəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının III təsnifat mərhələsinin BATE ilə Bakıda keçirilən oyunundan (0:1) sonra təşkil edilən mətbuat konfransında deyib.

- Dani Kintana heyətdə yox idi.

- Dünən məşqdə zədələnmişdi.

- İki fərqli hissi izlədik. Oyunu necə şərh edərdiniz?

- Futbolda bəzən ilk, bəzən də ikinci hissədə çətin olur. Rəqib ilk hissədə hücumlar təşkil etdi və bundan da istifadə etdi. Hər bir komandanın öz oyun üslubu var. Çalışırdlar ki, bizə çətinlik yaratsınlar. Futbol səhvlər üzərində qurulub.

- BATE sizi təəcbüləndirmədi?

- BATE düşündüyüm kimi oynadı. İlk növbədə böyük təcrübəni gördük. Sürətli hücumları vardı. Bu gün ot örtüyü əvvəlkindən daha pis idi. Amma meydan hər iki komanda üçün eynidir. Biz meydanı bəhanə edə bilmərik.

- Avqustun 10-da Azərbaycan Premyer Liqasının I turunda "Zirə” ilə oyununuz var. Bu görüşün təxirə salınmasını istəyəcəksiniz?

- Açığı, belə fikirim yox idi. Amma bu görüşdən sonra belə qərara gəldik. PFL və "Zirə”dən xahiş edəcəyik ki, oyunu təxirə salsınlar.

- 1:0 sürüşkən hesabdır. "Qarabağ” Belarusda vəziyyəti dəyişə bilər?

- Qrupa düşmək üçün qalib gəlməliyik. Səfərdə vurulan bir qol hər şeyi dəyişə bilər.

- Künc zərbələrini Rəşad Sadıqov yerinə yetirirdi. Bu, nə ilə bağlı idi?

- Keçən oyunda da Rəşadla Dani Kintana yerinə yetirirdi. Bəzi düşündüyümüz kombinasiyalar vardı.

- Səfərdəki görüşdə heyətdə dəyişikliklər edəcəksiniz?

- Cavab oyununda daha yaxşı çıxış edəcəyimizə inanıram. Amma heyətdə ciddi dəyişiklik olacağını düşünmürəm. Futbolçuların durumuna görə qərar verəcyik.

- Cavab görüşündə qapıda kim dayanacaq?

- İndidən heç nə deyə bilmərəm.

- Hücum xətti sizdə narahatlıq doğurmur?

- "Qarabağ” 10 ildir oynayır, həmişə də narahat edir. Çünki daim daha yaxşısını istəyirsən. Elə illər olub ki, bizim sağ və sol vingerlərimiz bombardir olub.

- Adətən, bu cür məğlubiyyətlərdən sonra əsəbi olursunuz. Bu gün isə üzünüzdə təbəssüm var. Bu, nə ilə bağlıdır?

- Ola bilər. Bugünkü oyun, final fiti bunu tələb edir. Futbolçularla söhbətimiz oldu. Qarşıda hələ 90 dəqiqə var. Soyuqqanlı şəkildə cavab oyununa hazırlaşmalıyıq.




İmza:
SON XƏBƏRLƏR
2018-10-20
2018-10-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK