adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
07 Avqust 2018 18:00
14871
SİYASƏT
A- A+

Netanyahudan Avropaya ÇAĞIRIŞ: “Özünüzü ABŞ kimi aparın”

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etməsini dəstəkləyib və Avropa ölkələrini də ABŞ kimi davranmağa çağırıb.

Modern.azxəbər verir ki, o deyib: "Mən ABŞ Prezidenti Donald Tramp və ABŞ administrasiyasının İrana qarşı sanksiyalarla bağlı mühüm qərarını dəstəkləyirəm. Bu, İsrail, ABŞ, region və bütün dünya üçün mühüm addımdır".

İsrailli nazir əlavə edib: "Mən Avropa ölkələrini də bu təşəbbüsə qoşulmağa çağırıram. ABŞ necə hərəkət edirsə, Avropa da özünü elə aparmalıdır".