adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
07 Avqust 2018 17:38
8861
DÜNYA
A- A+

Tramp İranla bağlı kəskin bəyanat verdi

ABŞ prezidenti Donald Tramp İrana qarşı sanksiyaların bəzi iş adamları üçün ABŞ-la ticarətinin sonu olacağını bildirib.

Modern.azTrampın Twitter hesabına istinadən xəbər verir ki, sanksiyaların tətbiqindən sonra İranla işləyən iş adamlarının eyni anda ABŞ-la da bizneslə məşğul olmaqları mümkün olmayacaq.

"ABŞ-a qarşı sanksiyalar rəsmi olaraq tətbiq edilib. Bu sanksiyalar indiyə kimi tətbiq edilən sanksiyaların ən çox zərər vuranıdır. Noyabrda isə o yeni səviyyəyə qaldırılacaq” – Tramp yazıb.

O həmçinin bütün dünyada sülh istədiyini bildirib.

"Mən bütün dünyada sülh istəyirəm!” – deyə ABŞ prezidenti qeyd edib.

Qeyd edək ki, yeni sanksiyalara görə Yaponiyanın nəhəng neft emalı şirkətləri artıq İrandan neft idxalını dayandırıb.