adalet.az header logo
  • Bakı 17°C
07 Avqust 2018 16:26
16270
ŞOU-BİZNES
A- A+

Məşhur aktyoru barda döydülər

Məşhur fransız aktyoru, "Taksi" filmlərinin ulduzu Sami Naseri Rusiyada Belarus vətəndaşları tərəfindən döyülüb.

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, Moskvadakı barlardan birində qardaşı ilə birgə istirahət edən aktyorun səs-küylü danışması digər masada əyləşən belarusiyalıların etirazına səbəb olub.

Aktyorun onlara təhqiramiz cavabı böyük dava ilə nəticələnib. Aktyorun üzünə və əllərinə bir neçə ağır zərbələr endirilib. Səhər saatlarında tanınmış aktyor xəstəxanaya aparılıb. Bildirilib ki, aktyor həmçinin davada kəllə-beyin travması alıb.