adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
07 Avqust 2018 16:34
7139
GÜNDƏM
A- A+

Nazirliyə bir ayda 12 min müraciət edilib

Ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "142 - Çağrı Mərkəzi”nə 12 362 müraciət daxil olub.

Nazirlikdən Adalet.az-a verilən xəbərə görə, müraciətlər sosial təminat, əmək qanunvericiliyi, pensiya və müavinətlər, sosial sığorta, məşğulluğun təminatı, tibbi-sosial ekspertiza və reabilitasiya, əmək və sosial müdafiə sahəsində elektron xidmətlərdən istifadə və s. ilə bağlı məsələləri əhatə edib.

Onlardan 11 840 müraciət (müraciətlərin 95,8 faizi) qeyd olunan məsələlərlə bağlı sorğu xarakterli olub. Həmin müraciətlərin hər biri ilə əlaqədar vətəndaşlara hüquqi izahatlar verilərək, onların məlumatlandırılması təmin edilib. Digər müraciətlərdə əksini tapan məsələlər nazirliyin aidiyyəti struktur bölmələrində araşdırılaraq, müvafiq tədbirlər görülüb.

Ümumilikdə cari ilin yanvar-iyul aylarında "142 - Çağrı Mərkəzi” tərəfindən 97,8 mindən çox müraciət cavablandırılıb.