adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
07 Avqust 2018 14:30
8630
DÜNYA
A- A+

ABŞ-dan Suriya açıqlaması

Suriyada Bəşər Əsəd rejiminin minlərlə insanı, xüsusən də siyasi məhbusları həbsxanada öldürməsilə bağlı təqdim olunan hesabatlar beynəlxalq birliyin Suriyadakı rejimə qarşı qorxularını təsdiqləyir.

Adalet.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Nauert verdiyi yazılı açıqlamada bəyan edib. Hizer Nauert bildirib ki, ABŞ rəhbərliyi Əsəd rejiminin mülki insanları hədəf almasını ciddi şəkildə qınayır.

"Suriya rejiminin siyasi məhbusları saxlandıqları yerlərdə öldürməsilə bağlı bu günlərdə açıqlanan məruzələr beynəlxalq ictimaiyətin qorxularını təsdiqləyir. Bunu əsla unutmaq olmaz: şiddətə baş vurmadan azadlıq və haqq tələb edən, siyasi dəyişiklik istəyən on minlərlə suriyalı mülki şəxs rejim tərəfindən sistemli şəkildə həbs olunub və işgəncəyə məruz qalıblar.” – deyə Nauert bildirib. Onu da vurğulayıb ki, Vaşinqton beynəlxalq birliklə əməkdaşlığını davam etdirərək bu məsələdə məsuliyyət daşıyanların cavab verməsini təmin edəcək.

Qeyd edək ki, Suriya İnsan Hüquqları Müşahidəçiləri təşkilatı 2011- ci ildən bu günədək 13 min 66 suriyalı mülki şəxsin Əsəd rejiminə bağlı qüvələrin işgəncələrinə məruz qalaraq öldüklərini açıqlayıb.