adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
07 Avqust 2018 12:37
7911
MƏMLƏKƏT
A- A+

Qanunsuz ovla bağlı ötən ay 23 min manata yaxın cərimə tətbiq olunub

2018-ci ilin iyul ayı ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən xüsusi mühafizə olanan təbiət ərazilərində və ovçuluq təsərrüfatlarında reydlər keçirilib.

Nazirlikdən Adalet.az-a verilən məlumata görə, reydlər zamanı 35 akt və protokol tərtib edilib, qanun pozucularından 4 ədəd ov tüfəngi götürülüb və onlara ümumilikdə 22 854 manat məbləğində inzibati qaydada cərimə və ziyan tətbiq olunub.

Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.