adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
07 Avqust 2018 00:02
5249
GÜNDƏM
A- A+

Qobustan: boz dağlarda xəyal kimi bir gözəllik

(əvvəli ötən sayımızda)

Onu da qeyd edək ki, rayonda özəl təsərrüfatlarda da çoxsaylı müvəqqəti iş yerləri açılmışdır. Bu ilin 6 ayı ərzində rayonda 33 nəfər ailə özünüməşğulluq proqramına cəlb edilmişdir.
Xalçaçılıq emalatxanası, yeni xəstəxana binası və uşaq bağçası istifadəyə verildikdən sonra isə rayonda 200-dən artıq təkcə bu müəssisələrdə daimi iş yeri yaranacaqdır ki, bu iş yerlərindən 90 faizi qadınlar üçün nəzərdə tutulur.

Novruz bayramı
ərəfəsində

Heydər Əliyev Fondu tərəfindən 78 aztəminatlı ailəyə, Rayon İcra Hakimiyyəti tərəfindən isə Novruz və Ramazan bayramlarının hər birində 525 ailəyə bayram sovqatı verilmişdir.
Bu il cənab Prezidentin sərəncamı əsasında şəhid ailələrinə 11000 manat sığorta pulunun verilməsini hər bir şəhid ailəsi böyük diqqət kimi qəbul edir və çoxsaylı görüşlərdə bununla bağlı cənab Prezidentə öz minnətdarlıqlarını ifadə etmişlər. 26 iyun Silahlı Qüvvələr günündə şəhid Valeh Babayevin xatirəsinə daxili imkanlar hesabına inşa edilmiş Şəhid bulağının açılışı olmuşdur.
Cənab Prezidentin təşəbbüsü ilə ənənəvi hal almış əhalinin ümumi dispanzerizasiya, əhalinin sağlamlığının qorunması tədbirləri bu il də davam etdirilmişdir.Ümumilikdə 24810 nəfər tibbi müayinəyə cəlb edilmişdir.1104 nəfər ambulator, 81 nəfər stasionar, 178 nəfər isə ixtisaslaşmış tibb müəssisəsinə göndərilmiş, 4 nəfər əməliyyat olunmuşdur.
Bu il Qobustan şəhərində 1 ədəd 3 mərtəbəli, 2 ədəd birmərtəbəli, 2 ədəd 2 mərtəbəli binaların təmiri işləri davam etdirilir. Rayonda yaşıllıqların artırılmasına xüsusi diqqət yetirilir. Birinci yarımildə Qobustan şəhərində, Təklə kəndində yol kənarında, "Aqrolizinq" ASC-nin Qobustan Regional Nümayəndəliyinin həyətində və yol kənarında, Cəngi kəndinin girişində salınan parkda, Bölgə Təcrübə Stansiyasının həyətində ümumilikdə 5000-dən artıq müxtəlif növ ağac, 1500-dən artıq qızılgül əkilmişdir. Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. 2018-ci ilin məhsulu üçün 30936 ha sahədə əkin həyata keçirilmişdir ki, bundan 21164 ha buğda, 9772 ha arpadır. Qobustan rayonunda taxıl əkini sahəsində bu yüksək göstəricidir. Eyni zamanda, 736,0 hektardan artıq ərazidə digər yazlıqlar əkilmişdir.
Bu il aqrotexniki tədbirlərə ciddi əməl edilmiş, yemləmə gübrələrindən düzgün və vaxtında istifadə olunmuş, alaq otlarına və siçanabənzər gəmiricilərə, sünbülqıranlara qarşı kompleks tədbirlər görülmüşdür. Bu il 70,0 min tondan artıq taxıl əldə etmək planlaşdırılıb ki, bu da Qobustan rayonunun əkinçilik tarixində ən yüksək göstəricidir.

Birinci yarımildə

heyvandarlıq sahəsində də bir sıra uğurlar olmuşdur. İribuynuzlu qaramalın baş sayı 0,4 faiz artaraq 30693 başa, o cümlədən inək və camışların baş sayı 0,6 faiz artaraq 11578 başa çatmışdır. Qoyun və keçilərin baş sayı 0,2 faiz artaraq 191054 başa, quşların baş sayı isə 5,8 faiz artaraq 93072 başa çatmışdır. Baxılan dövrdə ət istehsalı 1,7 faiz, süd istehsalı 1,5 faiz, yumurta istehsalı isə 1,2 faiz artmışdır.
Məlum olduğu kimi Qobustan rayonunda da aqropark salınır. Ərazidə 200 başlıq cins mal-qara fermasının tikintisinə başlanmışdır. Bundan başqa aqropark ərazisində 300 ha buğda, 400 ha arpa əkini aparılmış, biçin yekunlaşmışdır. Ötən dövr ərzində Qobustan şəhərində əhalinin sel sularından qorunması üçün son dərəcə vacib olan 4,0 min paqon metr yağış ötürmə kanalı çəkilmiş, 59,0 min kvadrat metr şəhərdaxili yola asfalt vurulmuş, 9,0 min paqon metr uzunluqda səkilər çəkilmiş, 300-dən artıq Yeni işıqlandırma dirəkləri quraşdırmışdır.
Məlum olduğu kimi özəl investisiyanın cəlb edilməsi hər bir rayon üçün prioritet məsələdir. 2018-ci ilin birinci yarımilində rayona 3 milyon 231 min manat özəl investisiya cəlb edilmişdir ki, bundan 640,0 min manatı kənd təsərrüfatı (aqropark), 510,0 min manat heyvandarlıq, 350,0 min manat mebel istehsalı, 390,0 min manat tikinti, 30,0 min manat ticarət, 850,0 min manat turizm, 461,0 min manat isə digər sahələrə qoyulmuş investisiyalardır. Bu sahədə işlər davam edir. Bu layihələr əsasında 76 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Rayonda fermerlərə güzəştli şərtlərlə texnika, toxum, gübrələrin, alaq otları və ziyanvericilərə qarşı vasitələrin pulsuz verilməsi təmin edilir, əkinçilərə yanacaq və motor yağlarına, buğda istehsalına görə subsidiyalar verilir.
Bu ilin birinci yarısında rayonda idman sahəsində də bir sıra uğurlar əldə edilmişdir. 4 beynəlxalq, 16 respublika, 14 zona yarışlarında rayondan 379 idmançı iştirak etmiş, 53 qızıl, 29 gümüş, 48 bürünc olmaqla, ümumilikdə 130 medal qazanılmışdır.
Sonda qeyd olunmuşdur ki, bu ilin birinci yarısında başlanmış işlər, qazanılan uğurlar bizdə əminlik yaradır ki, bütövlükdə 2018-ci ili qobustanlılar yüksək nəticələrlə başa vuracaq, cənab Prezidentin qarşıya qoyduğu bütün vəzifələr vaxtında və layiqincə yerinə yetiriləcəkdir.