adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
07 Avqust 2018 11:10
12045
KRİMİNAL
A- A+

Balakəndə narkotik tərkibli bitkilər əkib-becərən şəxs tutulub

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində növbəti əməliyyat tədbiri uğurla nəticələnib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Adalet.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Balakən RPŞ əməkdaşlarının avqustun 6-da keçirdikləri əməliyyat-axtarış tədbirlər zamanı rayonun Tülü kənd sakini İsmayıl Murtuzəliyev saxlanılıb.

Onun yaşadığı kənddə, "Qıraq oba" adlanan sahibsiz yerdə əkib-becərdiyi ümumi çəkisi 99 kiloqrama yaxın 60 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.