adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
07 Avqust 2018 10:37
11145
İDMAN
A- A+

Kovaçiç “Real”dan gedir

"Real"”ın yarımmüdafiəçisi Mateo Kovaçiç komandadan ayrılmaq istəyir.

Qol.az-ın "Marca”ya istinadən yaydığı xəbərə görə, xorvatiyalı futbolçu ötən gün klubun bazasına gələrək rəhbərliklə görüşüb və bildirib ki, onun komandadakıgələcək taleyi ilə bağlı qərar verilməyincə məşqə çıxmayacaq.

Xorvatiya millisinin üzvü daha çox meydana çıxmaq şansı qazanacağı bir kluba keçmək üçün klub rəhbərliyinə bir neçə dəfə müraciət edib. Lakin klubu onu satmaq fikrində deyil.

Qeyd edək ki, Kovaçiç "Real”a 2015-ci ildə "İnter”dən transfer olunub.