adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
06 Avqust 2018 17:55
9165
MƏMLƏKƏT
A- A+

İsmayıllıda maşın dərəyə aşdı

İsmayıllı rayonunun İvanovka kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Adalet.az-a verilən məlumata görə, avqustun 5-də saat 18 radələrində İsmayıllı rayonunun İvanovka kəndi ərazisində kənd sakini Vasiliy Kazakov idarə etdiyi "UAZ-69” markalı avtomobili dərəyə aşırıb.

Nəticədə V.Kazakovun sərnişinlərindən həmkəndlisi Vladimir Skokov hadisə yerində ölüb, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir.

İsmayıllı RPŞ tərəfindən araşdırma aparılır.