Ücretsiz php script indir eskişehir escort Orkide Mavi orkide Adalet.az | Ramin Hacılının həbs müddəti uzadıldı Adalet.az | Ramin Hacılının həbs müddəti uzadıldı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HÜQUQ

Ramin Hacılının həbs müddəti uzadıldı

15758    |   2018-08-06 16:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dövlət sərhədini qanunsuz keçməyə cəhddə təqsirləndirilən Ramin Hacılı həbsdə qalıb.

Adalet.az musavat.com-a istinadən xəbər verir ki, R.Hacılı barəsində seçilmiş həbs müddətinin uzadılması ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verib. O, azadlığa çıxmaq istəyini bildirib.

Şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Q.Məmmədovun sədrliyi ilə baxılıb. Qərara əsasən, R.Hacılının apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.

Xatırladaq ki, DSX-nın yaydığı məlumata əsasən, iyunun 4-də DSX-nin Sərhəd Qoşunlarının, Zaqatala sərhəd dəstəsinin hərbi qulluqçuları tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınıb.

Sərhəd naryadı tərəfindən dövlət sərhədində 2 nəfər – 1983-cü il təvəllüdlü Hacılı Ramin Rasim oğlu və 1988-ci il təvəllüdlü Qasımov Fəxrəddin Azad oğlu saxlanılıb.

İlkin araşdırma zamanı R.Hacılı ölkədən çıxışına qadağa qoyulması səbəbindən dövlət sərhədinin buraxılış məntəqələrindən ölkə ərazisini tərk edə bilməməsini və sərhəd zastavasının xidməti sahəsindən dövlət sərhədini pozmaqla qanunsuz yolla Gürcüstan ərazisinə keçməyə cəhd etməsini, F.Qasımovun isə bu əməlin həyata keçirilməsində ona kömək etməsini etiraf edib. F.Qasımov da eyni məzmunlu ifadə verib.

DSX İstintaq İdarəsində onun barəsində 29, 318.1-ci (Azərbaycan dövlət sərhədini qanunsuz keçməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb. Səbail Rayon Məhkəməsinin qərarı ilə R.Hacılı barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Daha sonra onun həbs müddəti daha 2 ay 15 gün müddətinə uzadılıb.

R.Hacılı 250 min manat məbləğində borcunun olduğunu, xaricə getməklə bu borcu işləyərək qaytarmağa çalışmaq istədiyini bildirib. Bildirək ki, R.Hacılı daha çox xaricə təhsil almağa gedən şəxsləri aldatmaqda ittiham edilir.




İmza:
SON XƏBƏRLƏR
2019-02-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kim istedadlıdır?

Ayxan Ayvaz (75.76%)
Oğuz Ayvaz (24.24%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir Ağdam yumoru

Ağdamda Çayçı Zeynal adlı bir nəfərin anası xəstələnir. Canı ağrıyan arvad deyir:
- Ölürəm, ay Zeynal.
Zeynal deyir:
- Ay nənə, başına dönüm, yayın bu cırhacırında ölmək vaxtıdır? Bir az döz görək, nağayırırıq.
Bunun üstündən bir müddət keçir. Payızda arvad yenə xəstələnib"ölürəm" deyəndə Zeynal qayıdır ki:
- Nənə, saa qurban olum, heylə iş görmə, qohum-əqrəbada neçə dənə toy var, xalxın işin pozma.
İki-üç ay keçir, qarlı-yağışlı qış günlərində arvad yenə başlayır ki, "Zeynal, taa ölürəm".
Zeynal deyir:
- Aaz, bizi söyüş yiyəsi eləmək istəyirsən. Bu palçıqda ölmək olar?
Mart ayında arvadın yenə pristupu tutur:
- Zeynal, taa doğrudan ölürəm.
- Ay nənə, bəs indi ölmək vaxtıdır, bir az toxtaq ol görək. Novruz bayramıdır, hamı deyir, gülür. Bizi peşiman eləmə.
- Gör bu gədə məni nətər avara qoyub ey.




digər lətifələr
ARXİV
FACEBOOK