adalet.az header logo
  • Bakı 19°C
06 Avqust 2018 17:21
7428
HADİSƏ
A- A+

Bakıda anbarda yanğın olub

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən anbarda yanğın baş verib.

Adalet.az FHN-in saytına istinadən xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Ölən və xəsarət alan olmayıb. Əlavə məlumat veriləcək.