adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Sinan Meydan: Vətənin bağrına düşmən dayadı xəncərini - ƏBƏDİ BAŞ KOMANDAN

16090 | 2018-08-06 16:53

Millətimizi əsir etmək istəyən düşmənlərimütləq məğlub edəcəyimizə güvənim və inancım bir az da olsa itməyib. Bu anda bumütləq inancımı yüksək topluma, bütün millətə, bütün dünyaya qarşı elan edirəm.( Baş komandan Atatürk, 5 Avqust, 1921)

Bundandüz 97 il əvvəl, 5 avqust 1921-ci ildəAtatürk TBMM tərəfindən Baş komandan seçildi. Bu sıradan bir baş komandanlıqdeyildi. Atatürk 3 ay boyunca məclisin səlahiyyətlərini yerinə yetirə biləcəkdi.Türk tarihinin ən çətin günlərində, Kütahyanın, Afyonun və Eskişehirinitirildiyi, işğalçı Yunan ordularının Ankara yaxınlarına dirəndiyi, TBMM-inAnkaradan Kayseriyə köçürülməsinin düşünüldüyü, Türk millətinin varlıq-yoxluqsavaşının içində olduğu Sakarya müharibəsi qabağı bir adam tarixin gördüyü ənböyük fədakarlıqlarından birini edərək Türkiyənin bütün məsuliyyətini öz üstünəaldı.

Bizbugün, hə, hə, o adamın, Əbədi Baş Komandan Mustafa Kemal Atatürkün, 97-98 il əvvəlyenidən Vətən yaratdığı bu torpaqlarda yaşayırıq.

Atatürkünmühüm qərarı


Afyonvə Kütahya əldən getmişdi. Əskişəhərin də itirilməsi an məsələsi idi. Qərb cəbhəsiKomandanı İsmət paşa həyəcanlı və qərarsız idi.

18iyul 1921-də Atatürk İsmət Paşanın Əskişəhərin cənubi qərbində Karacahisardakı qərargahınagetdi. Ən çətin anda Xızır kimi yetişdi. Cəbhədə vəziyyət çox pis idi. Atatürkqərargaha gələr-gəlməz oturdu və vəziyyəti dəyərləndirdi. Əvvəlcə İsmət paşayadəstək verdi, ruh yüksəkliyi yaratdı. Sonra heyətin digər üzvlərini cəsarətləndirdi.Ümidsizlik buludlarını dağıtdı. Daha sonra bir neçə dəfə əlindəki sənədlərə,bir neçə dəfə də xəritəyə baxdı. 1918-də Suriya-Fələstində ordular məğlub olubdağılanda verdiyi geri çəkilmə əmrini xatırladı. Orada düşməni Hələbinşimalında dayandırmışdı. İndi də düşməni Sakaryanın şərqində dayandırmağıdüşündü. Heç çəkinmədən bütün məsuliyyəti öz üstünə alıb bəlli bir plandaxilində Sakaryanın şərqinə çəkilmə əmri verdi.

Atatürkstrateji ağılla hərək edirdi. Düşməni yaxşıca Anadolunun daxilinə çəkib İzmirdəkibaş qərargahından mümkün olduğu qədər uzaqlaşdırmağı, beləcə həm düşmənordusunun hərəkətini çətinləşdirməyi, həm də Türk ordusunun özünə gəlməyi üçünzaman qazanmağı düşündü. Savaşın yerinə və zamanıba düşmən yox, özü qərar verəcəkdi.

Atatürkverdiyi geri çəkilmə qərarının bəzi problemlərə gətirib çıxaracağını dabilirdi. O, İsmət Paşaya demişdi:

"Bucür geri çəkilməyimizin ən böyük zərəri Əskişəhər kimi önəmli yerlərimizi vəbir çox torpaqlarımızı düşmənə verməkdən əlavə ictimaiyyətdə doğa biləcək mənəvisarsıntıdır. Fəqət qısa zamanda əldə edə biləcəyimiz nəticələrələ bu zərərləröz-özünə ortadan qalxacaq”.

Bəli,Milli mübarizədə qazanmağımızın səbəbi Atatürkün qərarları idi.

Kütahya-Eskişehirsavaşı sonrası

19iyul 1921-də Türk orduları Əskişəhəri boşaltdı. Şəhər Yunanlara təslim oldu.

21iyul-da Yunan xarici işlər naziri Baltazzi Yunanıstanın xarici təmsilçilərinəgöndərdiyi raportda belə deyirdi:

"Kamalistsürülərdən qurtarılan Xristian, Musəvi və hətta Müsəlman xalq sevinc içindədir”.

Əskişəhərinitirilməsindən sonra Yunanıstanın gözü doymurdu, İstanbulu da istəyirdi.

22iyul 1921-də Türk orduları Atatürkün plan və proqramı ilə arxada adamlar qoyubSakaryanın şərqinə çəkildi. 25 iyul-da geri çəkilmə sona çatdı. İsmət paşaPoladlıda qərargah qurdu. Kütahya- Əskişəhər savaşında Türk orduları 1643 şəhid,4981 yaralı verdilər.

24iyul Milli Müdafiə naziri Fevzi (Çakmak) paşa TBMM-dəki gizli iclasda kürsüyəçıxdı. Savaş yorğunluğu üzündən bəlli olurdu. Ankaranın boşaldılmasındandanışdı. Məclisin Kayseriyə köçməsinin vacib olduğunu dedi. Müzakirələrbaşladı.

FevziPaşa "Milli Müdafiə naziri kimi uduzmağımızın məsuliyyəti mənim boynuma” desə dəmüxaliflər razı olmadılar.

TBMM-dəkimüxaliflər Atatürkün ordunun başına keşməyini istəyirdilər. 4 avqust 1921-dəTBMM-DƏKİ GİZLİ İCLASDA Mersinli Selahattin bəy kürsüdən Atatürkün adını çəkirvə ordunun başına o keçsin deyir. Məclisdə birdən-birə ara qızışır.

Atatürkəmüxalif olanlar ordunun məğlubiyyətinin bütün məsuliyyətini Atatürkün boynunayükləmək üçün, digər millət vəkilləri isə düşdükləri bu bataqlıqdan onlarıyalnız Atatürk çıxara bilər deyə onun ordunun başına keçməsini istəyirdilər. Atatürküno vəziyyətdə ordunun başına keçməsini təhlükləi hesab edənlərsə onu "son ümid”kimi görənlər idi. Atatürk ordunun başına keçsə və ordu məğlub olsa "son ümid”də itirilə bilərdi. Hə, bu "son ümid”in itirilməməsi üçün Atatürkün indilikordunun başına keçməməyini düşünürdülər.

Ancaqbütün görüşlərdən və müzakirələrdən sonra TBMM "son çarə” kimi Atatürkün başkomandan olmağına qərar verdi.

Atatürkmilli məclisə verdiyi təklifdə "TBMM-in sahib olduğu səlahiyyətləri istifadəetmək çərtilə baş komandanlığı qəbul etdiyini deyirdi. Atatürk təklifininsonlarında deyirdi: "Ömrüm boyu milli hakimiyyətin ən sadiq bir qulu olduğumumillətə bir daha da göstərə bilmək üçün bu səlahiyyətin üç aya yaxın bir qısamüddətə verilməsini xüsusilə riva edirəm”.

Məclisdəetirazlar yüksəldi. Müxaliflər "Baş komandan yox, ancaq Baş komandan vəkili”ola biləcəyini və "Məclisin səlahiyyətlərini yerinə yetirməsindən belə söz gedəbilməz” deyə iddia qaldırdılar.

5avqust 1921-də 184 millət vəkilinin səs birliyi ilə "Baş komandanlıq qanunu” qəbuledildi. Qnaunun 2-ci maddəsinə görə baş komandanın ordunun maddi və mənəvi qüvvətiniartırmaq üçün TBMM-in buna aid səlahiyyətlərini istifadə edəcəyi”, qanunun 3-cümaddəsinə görə isə verilən səlahiyyətlərin 3 aya kimi məhdud olduğu və "Məclisinlazım bildiyi təqdirdə bu səlahiyyətlərin üç ay tamam olmamışdan da ləğv edəbiləcəyi” ifadə edilirdi.

ƏdirnəliŞərəf bəy "Milləti xilas edəcəksən və tarixə adın qızıl hərflərlə yazılacaq”dedi. Bursalı Muhitdin də əvvəlcədən "Vətənin bağrına düşmən dayasın xəncərini,tapılar qurtaracaq bəxti qara madərini” dediyini xatırladaraq "Çanaqqaladaolduğu kimi Anadoluda da bir Kamalyeri yaradacaqsınız” dedi.

Başkomandanlıqqanunun qəbul olunmasından sonra kürsüyə gələn Atatür özünə əmin, məclisə vəmillətə söz verdi:

"Millətimizi əsir etmək istəyən düşmənlərimütləq məğlub edəcəyimizə güvənim və inancım bir az da olsa itməyib. Bu anda bumütləq inancımı yüksək topluma, bütün millətə, bütün dünyaya qarşı elan edirəm”.


Öz türkcəmizə çevirən Emin Akif

TƏQVİM / ARXİV