adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
06 Avqust 2018 16:09
63542
GÜNÜN LƏTİFƏSİ
A- A+

GÜNÜN LƏTİFƏSİ

Xalqımızın sevimlisi, ATƏT-in Minsk qrupunda fəaliyyətini başa vuran ABŞ-lı həmsədr Riçard Hoqlandı yola salmaq üçün tanınmış ziyalılarımız ona nə isə yadda qalan bir hədiyyə vermək istəyirlər ki, fəaliyyəti dövründə xalqımız üçün çox əziyyət çəkib və bizi yaddan çıxartmasın.

Biri deyir ki, gəlin Şəki paxlavası verək, biri deyir Quba paxlavası verək, biri deyir Şəmkir konyakı verək, biri deyir «Azqranata» şirəsi verək. Razılığa gəlmirlər ki, «əşi yox ey, onları yeyib-içəndən sonra bizi yaddan çıxaracaq. Gərək elə şey verək ki, hər dəfə əlinə alanda bizi yadına salsın».

Qəfildən Zakir Fəxri deyir:

- Ə, vallah, mən tapmışam. Gəlin onu sünnət eliyək.