adalet.az header logo
  • Bakı 11°C
11 Avqust 2018 14:45
20443
DÜNYA
A- A+

Bu dünyaya sırf acı çəkməyə gəlirlər

Fransada, 1980-ci ildə Manuel Litran tərəfindən çəkilən bir foto. Sahiblərinin tətilə gedərkən tərk etdiyi 140 köpək, 3 gün içində yeni ailə tapa bilmədiyinə görə qətl edildilər. Litran, öldürülən 140 köpəyi bir araya toplayıb magistral yola yerləşdirdi və fotoladı. Görünüşə görə, tərk etdikləri heyvanlarının, yaşlanıncaya və təbii yoldan ölənə qədər bələdiyyələr tərəfindən qorunduqlarına inanan insanlar vardı. Gərçək nə yazıq ki elə deyildi. Bu düşüncə təəssüf ki, günümüzdə də çox dəyişmədi. Dünyada, minlərcə heyvan müxtəlif bəhanələrlə ailələri tərəfindən tərk edilir. Hara getdiklərini, yaşadıqları qorxunu, çəkdikləri acını düşünmədən, köhnəlmiş bir əşyanı zibilə atarcasına tərk edilirlər.

Coğrafiya, mədəniyyət, din, dil fərq etmir. Heyvanlar bu dünyaya sırf acı çəkməyə gəlirlər...