adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
06 Avqust 2018 12:31
13976
SİYASƏT
A- A+

Medvedyev: Gürcüstanın NATO-ya daxil olması fəlakətə səbəb ola bilər

Rusiyanın Baş naziri Dmitriy Medvedyev bəyan edib ki, Gürcüstanın NATO-ya daxil olması fəlakətə səbəb ola bilər.

Trend-in məlumatına görə, Baş nazir bu barədə müsahibəsində bildirib: "Gürcüstanın NATO-ya daxil olması qorxunc münaqişə yarada bilər, başa düşülmür, ümumiyyətlə, bu, nəyə lazımdır?".

Qeyd edək ki, iyulun 12-də NATO-nun Baş katibi Yens Stoltenberq təşkilatın Gürcüstanı qəbul etmək niyyəti barədə yenidən xatırladıb. Lakin o, bunun nə vaxt baş verə biləcəyi ilə bağlı dəqiq tarix söyləməyib.