Hərbi hissələrdə “Açıq qapı” günü və andiçmə mərasimi keçiriləcək
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, avqustun 12-də bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı” günü, eləcə də təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi keçiriləcək.
Bu barədə Adalet.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkəcəklər.
"Açıq qapı” günündə hərbi hissələrin komandanlığının valideynlərlə görüşləri təşkil olunacaq, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq və mədəni-kütləvi tədbirlər keçiriləcək.
Digər Xəbərlər
19 Aprel 2024 19:37
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb - FOTOLAR
19 Aprel 2024 17:22Vilayət Eyvazov Kollegiya iclası keçirdi - FOTOLAR
19 Aprel 2024 11:19İsmayıllıdakı bazarda nöqsanlar aşkarlandı
19 Aprel 2024 10:17“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
18 Aprel 2024 15:06