adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
06 Avqust 2018 10:10
8167
HADİSƏ
A- A+

Akula turisti parçalayıb öldürdü

Misirin məşhur Marsa-Alam kurortunda akula turistə hücum edib.

Bu haqda Adalet.az xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, akula həmin şəxsə sahildən 20 km məsafədə suyun dibində olarkən hücum edib.

Kişinin bədəninin qalıqları sahildən tapılıb.

Bildirilir ki, turist Çexiya vətəndaşı olub, həyat yoldaşı və uşağı ilə istirahətə gəlib. Onun ölümü ilə bağlı istintaq qrupu yaradılıb.

Sonuncu dəfə oxşar hadisə Misirdə 2015-ci ildə baş vermişdi. Həmin vaxt akula almaniyalı turist xanımı parçalamışdı.