adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

Nağılbazın nağılına 3 alma düşdü... - Emin Akif yazır

32046 | 2018-08-05 12:15

Günlərkeçdikcə daha da qorxmağa başlayıram bu cəmiyyətdən. Düşündükcə suluğumuuduram. Şöhrətə və pula çatmış insanların axırı heç də yaxşı qurtarmır. Çünki cəmiyyətpaxıl və eqoist insanlarla doludur. Daha dəqiq desək, narsistlərlə. Narsizmin nədemək olduğunu bəziləriniz bilirsiniz, bilməyənlər üçün deyim ki, bu eqonun kəllə-çarxaçıxmağıdır. Özünü bəyənmişliyin və heç kimi bəyənməməyin zirvəsidir. "O niyəçox tanınır? Niyə var-dövləti var? Niyə ətrafında qadınlar çoxdur? və s. kimisuallar narsizmə aparır. Həmin o məşhur və ya müəyyən bir mərtəbəyə çatmışinsanı yıxmağa çalışırlar. Hər vəchdə onu yıxmaq narsistlərə həzz verir.

Bizimuşaqlığımızın rep dövrü mötəşəm idi. Nağılbaz, Xose, Dərya kimi insanlarınadları az qala bütün küçələrin divarlarında həkk olunurdu. Xoseçilər Dəryanı, DəryaçılarXoseni, ya da Nağılbazı təhqir edirdilər. "Xose qaz, Dərya yek” kimisloqanlarla. Bir müddət keçdi. Dəryanın başına işlər gəldi, türməyə düşdü. Onusevənlərin bir qismi ondan üz döndərdi. Sevməyənlərsə ağına-qarasına söydülər,danışdılar. İllər keçdi, Dərya türmədən çıxdı. Onu şou proqramlara çıxarıbreytinq tutan kim, müsahibə alıb tutuzduran kim. Bir sözlə, Dəryanınyıxılmağından istifadə edib quyusunu bir az da dərin qazırdılar. Nəhayət, Dəryaqəzada dünyasını dəyişdi. Yenə doymadılar. Bu dəfə onun ölüsü ilə reytinqyığmağa, rəğbət qazanmağa başladılar. Sağlığında "alkaş, narkoman” damğasıyapışdırılan Dərya Kərbəla ziyarətinə getsə də, bu cəmiyyət onu bağışlamadı.Halbuki onun narkotik alüdəçisi olmağı da özünə ziyan idi, başqa heç kəsə. O öləndənsonra cəmiyyətin hirsi soyudu. Hamı başladı rəhmət oxumağa.

Bir azkeçdi.

Repinikinci sütunlarından biri Anar Nağılbaz gündəmə gəldi. Özü də intim videosu ilə.Yoldaşının qara”yıxma” kompaniyasına tuş gələn Anarı söydülər, söydülər, adamıo vəziyyətə çatdırdılar ki, çıxıb mətbuat konfransında ağlasın. Təsəvvüredirsiniz, bir insan intim videosu ilə bağlı mətbuat konfransı keçirir.Tragikomediyadır. Kiminsə intim həyatının kimə nə dəxli? Əgər onun intim həyatıpedofillik deyilsə... Əsrimizin şantaj dövrünə keçmişik. İndi kimisə şantaj etmək,iki vur ikidir. Öz intim həyatı normal olmayan adamlar Anarı əydilər, əydilər,taa üzr istəyənə kimi. Amma Anarı da bağışlamadılar.

İstərAnar, istər Hüseyn, istərsə də başqalarını cəmiyyət öldürmədimi?

Bizi cəmiyyətöldürmürmü? Hər gün metroda rastlaşdığımız səy adamlar, bazarda bizə tərəzidəvuran satıcılar, ona-buna sataşan gədələr əsəblərimizi, psixologiyamızı məhv eləmirmi?Cəmiyyətin uydurduğu çərçivələr bizi sıxmırmı? Kim özündən yaşca böyük biriləevlənir, sizə nə? Onun arvadını siz saxlayacaqsız? Kim intim zamanı nə işlə məşğulolur, sizə nə? Sizin ağzınız bulaşır? Biri bu hirsi gedib boşluğa qışqırmaqla,biri içməklə, birisi də özünü öldürməklə soyudur.

Məsələn,artıq insanlarda belə bir fikir formalaşıb. Anam olmasaydı, uşaqlarım olmasaydıözümü öldürərdim. Demir ha, anam olmasaydı, uşaqlarım olmasaydı maraqsızolardı. Deyir öldürərdim. Artıq adamlar ölümdən qorxmur. Ölümdən adi bir şeykimi danışır. Kiminsə ölümünü belə ələ salır, məzələnir. Ölümlə məhlə uşağıkimi davranırlar.

Ammabütün ölümlərdən yuxarıda dayanan mənəvi ölümdür. Mənən ölən insanlar tezdünyalarını dəyişirlər.

Və beləcə,Anar Nağılbaza da göydən üç alma düşdü. Yəni o, dünyasını dəyişdi, yəni nağılıbitdi, qurtardı...

Hə, sizigözləyirəm, hörmətsiz saxtakarlar. Başlayın Anarın ölümünə üzülməyə. Hirsinizsoyudusa...

TƏQVİM / ARXİV