adalet.az header logo
  • Bakı 16°C
04 Avqust 2018 17:00
12154
DÜNYA
A- A+

Çavuşoğlu başsağlığını rus dilində verdi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Mi-8 helikopterinin qəzaya uğraması ilə bağlı Rusiya xalqına və həlak olanların yaxınlarına başsağlığı ifadə edib.

Adalet.az-ın məlumatına görə, o başsağlığını öz "Twitter" səhifəsindən ünvanlayıb.

Nazir başsağlığını rus dilində ifadə edib.

Xatırladaq ki, Rusiyanın Krasnoyarsk diyarında "Mi-8" tipli sərnişin vertolyotu qəzaya uğrayıb.

Qəza nəticəsində üç nəfər ekipaj üzvü olmaqla 18 nəfər həlak olub.