adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
04 Avqust 2018 12:42
14148
GÜNDƏM
A- A+

İlham Əliyev Putinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərib.

Adalet.az xəbər verir ki, dövlətimizin başçısı məktubda "Mi-8” helikopterinin Krasnoyarsk diyarında qəzaya uğraması nəticəsində insan tələfatı barədə xəbərin onu dərindən kədərləndiyini bildirib.

Prezident İlham Əliyev Prezident Vladimir Putinə, həlak olanların doğmalarına və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adından dərin hüznlə başsağlığı verib.