adalet.az header logo
  • Bakı 18°C
04 Avqust 2018 12:46
3238
HADİSƏ
A- A+

Cinayət törədən 30 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən avqustun 3-dən 4-nə dək 108 cinayət faktı qeydə alınıb. Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, baş vermiş cinayət hadisələrinin 26-sı "isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 16 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.