adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
04 Avqust 2018 12:37
11065
KRİMİNAL
A- A+

Bərdə sakini həmkəndlisini bıçaqladı

Avqustun 3-ü səhər saat 10 radələrində Bərdə rayon Türkmən kəndi ərazisindən Seymur Bayramovun kəsilmiş-deşilmiş yaralarla rayon Mərkəzi Xəstəxanasına gətirildiyi barədə RPŞ-yə məlumat daxil olub.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, yaralı əməliyyat olunub, vəziyyəti qənaətbəxşdir. Məlumatla əlaqədar Bərdə Rayon Polis Şöbəsində dərhal əməliyyat-axtarış qrupu yaradılıb. Peşəkarlıqla və "isti izlərlə” keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən digər rayon sakini Fərid Əzizov saxlanılıb.

F. Əzizov hadisəni Türkmən kəndində birlikdə işlədikləri fermada münaqişə zəminində törtədiyini etiraf edib. Cinayət aləti olan bıçaq maddi sübut kimi götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.