adalet.az header logo
  • Bakı 20°C
04 Avqust 2018 12:29
8262
MƏMLƏKƏT
A- A+

DYP Lənkəranda reyd keçirib

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsi və 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşlarının birgə təşkilatçılığı ilə ölkəmizdə keçirilən "təmiz hava” aylığı çərçivəsində Lənkəran şəhərində nəqliyyatın sıx olduğu küçələrdə reyd keçirilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə bu cür reydlərin keçirilməsində məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısını almaqdır. Reyd zamanı yol polisi və ETSN-nin əməkdaşları sürücülərin bir daha diqqətinə çatdırıblar ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər. Xüsusi avadanlıq vasitəsilə avtomobillərdən ixrac olunan qazların tərkibi yoxlanılıb.

Nasaz, atmosferi həddindən artıq çirkləndirən avtomobilləri idarə edən sürücülər barədə qanunamüvafiq tədbirlər görülüb. Bununla yanaşı reyd zamanı ciddi qayda pozuntularına yol verərək həm nəqliyyatın həm də piyadaların hərəkəti üçün təhlükə törədən, sürücülük hüququ olmadan avtomobil idarə edən, avtomaşınlarda konstruksiya dəyişikliyi edən və digər ciddi qayda pozuntularına yol verən sürücülər də müəyyən edilərək barələrində protokol tərtib edilib.

Dövlət Yol Polisi və ETSN-nin birgə təşkilatçılığı ilə keçirilən "təmiz hava” aylığı aksiyası avqustun 31-dək davam edəcək.