adalet.az header logo
  • Bakı 13°C
04 Avqust 2018 11:45
8436
HADİSƏ
A- A+

Şəki və Yardımlıda yanğın olub

Şəki rayonunun Sarıca kəndində 50 ha sahədə quru ot yanıb.

Adalet.az FHN-in saytına istinadən xəbər verir ki, yaxınlıqdakı digər sahələr yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Yardımlı rayonunun Ərsilə kəndində isə ümumi sahəsi 80 m² olan tövlənin çardağının yanar konstruksiyaları və çardağına yığılmış 10 ton ot bağlamasının 4 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.