adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
04 Avqust 2018 11:18
11658
DÜNYA
A- A+

Rusiyada vertolyot qəzası: 18 nəfər ölüb

Rusiyanın Krasnoyarsk vilayətində "Mi-8" tipli sərnişin vertolyotu qəzaya uğrayıb.

Adalet.az "Ria Novosti" agentliyinə istinadən xəbər verir ki, qəza İqarka şəhərindən 2 km aralıda baş verib. Qəza zamanı 18 nəfər ölüb. Onlardan 3-ü heyət üzvü olub. İlkin ehtimala görə, qəzaya texniki nasazlıq və ya pilotun səhvi səbəb olub.

Artıq qəzaya uğramış "Mi-8" tipli sərnişin vertolyotunun hər iki "qara qutu"su xilasedicilər tərəfindən tapılıb.