adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
04 Avqust 2018 09:06
8737
GÜNDƏM
A- A+

Qobustan: boz dağlarda xəyal kimi bir gözəllik

..."Görülən işlər ictimaiyyəti daha da ruhlandırır, böyük işlərə sövq edir ki, biz ölkəmizi daha da gücləndirək, insanlar rifah, sülh, təhlükəsizlik içərisində daha da yaxşı yaşasınlar və bundan sonra da dinamik inkişaf təmin edilsin". Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə məxsus olan bu sözlər həqiqətən həyatımızın reallıqlarını əks etdirir. Dövlətimizin, ölkə rəhbərliyinin qayğı və diqqəti sayəsində respublikamızın elə bir bölgəsi yoxdur ki, orada inkişaf, yüksəliş və insanların xoş güzəranı sevinc doğurmasın.
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyası qəbul olunmuş Dövlət Proqramlarının uğurlu icrası və digər transmilli layihələrin reallaşması istiqamətində ölkəmizi daha böyük zəfərlərə aparır. Dövlət Proqramları baxımından quruculuq işlərinin nəhəngliyi göz qabağındadır. Belə bir uğurlu siyasətin nəticəsidir ki, elə bölgələr, elə rayonlar var ki, sanki tamam yenidən qurularaq başqa bir həyata qovuşublar. Əvvəllər də qeyd etdiyimiz kimi, belə rayonlardan biri, bəlkə də birincisi Qobustan rayonudur.
Müqayisələr və xatirələrlə bu barədə çox söhbətlərimiz olub. Yəni son 10-15 ilin görüntüsü, inkişaf göstəriciləri söylənilən inanılmaz yüksəlişi özünəməxsus əhavalda tam olaraq təsdiqləyir.
Bütün bunlar barədə 2018-ci ilin birinci yarısının yekunlarına həsr edilmiş ümumrayon yığıncağında da bir daha söhbət açılmış, göstərilən qayğı və diqqətə görə cənab Prezidentə minnətdarlıq ifadə olunmuşdur. Yığncaqda məruzə ilə çıxış edən təcrübəli dövlət məmuru, Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov demişdir:
- 2018-ci ilin birinci yarısı rayonumuz üçün də çox uğurlu olmuşdur. Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının diqqət və qayğısı nəticəsində hazırda rayonumuzda Qobustan rayon Mərkəzi Xəstəxanasının tikintisi, mövcud xəstəxana binalarının təmiri; Xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması; Yun tədarükü və boyaq bitkilərinin tədarükü məntəqəsinin tikintisi, Qobustan şəhərində 2 nömrəli 100 yerlik uşaq bağçasının tikintisi, 14,5 km uzunluqda Qobustan-Poladlı yolunun çəkilişi uğurla davam etdirilir. Şıxzahırlı kəndinin qazlaşdırılması və kənddə 96 yerlik modul tipli məktəbin tikintisinə yaxın günlərdə başlanılacaqdır. Əkin sahəsinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, yeni suvarılacaq torpaqların suvarma suyuna, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə 2018-ci ildə Çuxanlı və Sündü kəndlərində 1 ədəd artezian quyusunun qazılması nəzərdə tutulmuşdur. Ümumilikdə yuxarıda qeyd olunan məsələlərin həlli üçün cənab Prezidentimiz tərəfindən 30,0 milyon manatdan artıq vəsait ayrılmışdır.
Rayonumuza göstərilən bu yüksək diqqət və qayğıya görə cənab Prezidentimizə bütün qobustanlılar adından dərin minnətdarlığımızı bildiririk...
Yığıncaqda qeyd olunmuşdur ki, hesabat dövründə ümumi məhsul buraxılışı 17,7 faiz artmışdır. O cümlədən, kənd təsərrüfatında artım 20 faiz təşkil etmişdir. Bitkiçilikdə 6,2 dəfə çox, heyvandarlıqda isə 1 faiz artım olmuşdur. Rayonun yerli gəlirləri üzrə mədaxil büdcə proqnozu 103,1 faiz icra edilmişdir. Onu da qeyd edək ki, fiziki şəxslərin əmək haqlarından gəlir vergisi 1,9 faiz, hüquqi şəxslərin mənfəət vergisi 50,7 faiz artıqlaması ilə yerinə yetirildiyi, aksiz vergisi planlaşdırılmadığı halda 85,0 min manat toplansa da, torpaq icarə haqqı 39,1 faiz, hüquqi şəxslərin əmlak vergisi 35,9 faiz, sair daxilomalar 26,4 faiz, dövlət rüsumu 19,4 faiz, sadələşdirilmiş vergi 2,7 faiz, əlavə dəyər vergisi 6,1 faiz kəsrlə yerinə yetirilmişdir.
Hesabat dövründə əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatı məsələləri nəzarətdə saxlanılmışdır. Rayon əhalisi fasiləsiz elektrik enerjisi ilə təmin olunur.Birinci yarımildə rayonun bir sıra kəndlərində yararsız daşıyıcı elektrik xətt və dirəkləri dəyişdirilmiş, Qobustan şəhərində "Özünü daşıyan izolyasiyalı naqillərlə" kabelləşmə davam etdirilmişdir.Rayonda əhali üzrə təbii qazla təminat 93 faizdir. Yuxarıda qeyd etdiyimiz kimi, artıq Şıxzahırlı kəndinin qazlaşdırılması bu il təmin olunacaq və rayon üzrə qazlaşdırma 96 faizə çatacaqdır. Növbəti illərdə Cəngi, Qaracüzlü, Sədəfli və Təsi kəndləri də qazlaşdırılacaq. Rayon üzrə istehlak edilmiş təbii qazın dəyəri birinci yarımil ərzində 99,5 faiz ödənilmişdir. Ümumi itki isə 8,5 faiz təşkil edir ki, bu da kifayət qədər yaxşı göstəricidir. Əhalinin keyfiyyətli və fasiləsiz təbii qazla təminatı daim diqqətdə saxlanılır. Əhalinin içməli su ilə təminatı məsələləri artıq Qobustan şəhərində öz həllini tapmışdır. Qobustan şəhərində hər bir ev 24 saat içməli su ilə təmin edilir. Növbəti mərhələdə Ərəbqədim, Cəmcəmli və Göydərə kəndlərində də daxili şəbəkənin qurulması, Xilmilli, Sündü, Nardaran, Şıxzahırlı və Cəyirli kəndlərində içməli su ilə təminat yaxşılaşdırılacaqdır. Cari dövrdə əhaliyə verilmiş suyun dəyəri 99,7 faiz, qeyri-əhaliyə verilmiş suyun dəyəri isə 100 faiz ödənilmişdir.
Rayonda əhalinin sosial müdafiəsi, məşğulluq məsələləri diqqətdə saxlanılır.
Bu ilin birinci yarısında möhtərəm Prezidentin tapşırığı ilə açılmış ictimai iş yerlərində 155 nəfər müvafiq işlə təmin olunmuşdur.

(ardı gələn sayımızda)