Ücretsiz php script indir ikinci el eşya alanlar hack forumu Orkide hack forum Adalet.az | Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının bəyanatı Adalet.az | Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının bəyanatı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının bəyanatı

7028    |   2018-08-03 17:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurası bəyanat verib.

Şuradan verilən məlumata görə, bəyanatda deyilir:

"Görkəmli qələm sahibi, Xalq yazıçısı, Dövlət mükafatı laureatı, Milli Məclisin deputatı, Əfv Komissiyasının üzvü Elmira Axundova Yazıçılar Birliyinin Ağsaqqallar şurasının da üzvüdür. Son zamanlar bəzi mətbuat səhifələrində və saytlarda yazıçı-deputata qarşı yönəlmiş qaralama kampaniyasına öz münasibətmizi bildirməliyik. İstedadlı publisist Elmira Axundova həmişə dövlətçiliyimizin möhkəmlənməsinə, milli maraqlarımızın təbliğinə, mənəvi dəyərlərimizin qorunmasına xidmət edib. Onun fəaliyyətini yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyev: "Elmira Axundova çox dəyərli bir insandır” – demişdir.

Ulu Öndərə minnətdarlığını və sədaqətini Elmira Axundova Heydər Əliyevə həsr olunmuş çoxcildliklərində ifadə etmişdir və bu kitablar bir çox xarici ölkədə də nəşr edilmişdir. Görünür müəyyən qüvvələr bütün bunları Elmira xanıma bağışlaya bilmir və onu hər cür ləkələməyə çalışırlar. Mediada yer alan faktlarda həqiqət varsa mətbuata yox, məhkəmə-istintaq orqanlarına müraciət edilməliydi. Məhz ancaq müəyyən media vasitələrindən istifadə olunması belə faktların həqiqətə uyğun olmamasına dəlalət edir. Şübhəli və qanunsuz yollarla əldə edilmiş, montaj olunmuş kompramatlardan istifadə edilərək ictimaiyyətə süni sensasiya təqdim olunur. Elmira xanıma yönəldilən ittihamlara hüquq daxilində qiymət verilməlidir. Məhkəmənin qərarı olmadan nüfuzlu ziyalıya, deputat-yazıçıya qarşı belə qaralama, ləkələməli kampaniyası fikrimizcə yol verilməzdir.

Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurası həmkarımız, Xalq yazıçısı, Şuramızın üzvü Elmira Axundovaya qarşı bu çirkin kampaniyaya son qoyulmasını tələb edir".

Azərbaycan Yazıçılar Birliyi

Ağsaqqallar Şurasının sədri, Xalq şairi




İmza:
SON XƏBƏRLƏR
2019-01-19
2019-01-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (80.19%)
"Neftçi" (19.81%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Hidayət Elvüsal həkimə gedir. Həkim onu müayinə edəndən sonra bir neçə dərman yazır və deyir ki, bu dərmanları gündə beş dəfə yeməkdən sonra atarsan.

Hidayət müəllim:

- Rəhmətliyin oğlu, gündə beş dəfə yemək tapsaydım ta niyə xəstələnirdim ki?





digər lətifələr
ARXİV
FACEBOOK