İstirahət günlərində külək əsəcək, yağış yağacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində-avqustun 4-5-nə səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.
Departamentdən Adalet.az-a verilən xəbərə görə, Böyük və Kiçik Qafqaz bölgəsinin bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu dağətəyi rayonlarda 28-33°, dağlıq rayonlarda isə 22-27° isti olacaq.
Lənkəran-Astara bölgəsinə üz tutanları yağmursuz hava şəraiti gözləyir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 30-34° isti olacağı proqnozlaşdırılır.
Aran rayonlarında gün ərzində hava şəraitinin yağmursuz keçəcəyi ehtimal edilir. Mülayim qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturunun 33-38° isti olacağı bildirilir.
Naxçıvan Muxtar Respublikasında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Havanın maksimal temperaturunun 34-39° isti olacağı ehtimalı var.
Paytaxtda, avqustun 4-5-də hava şəraitinin küləkli olacağı gözlənilir. Havanın maksimal temperaturu 28-33° isti olacaq. Şimal-qərb küləyinin güclənməsi ilə əlaqədar çimərliklərə üz tutanları ehtiyatlı olmağı tövsiyə edirik.
Digər Xəbərlər
25 Aprel 2024 11:52
Heç olmasa, Musa Yaqubun xətrinə...
25 Aprel 2024 11:45Kağızın Təkrar Emalı Fabrikinə mediatur təşkil olunub - FOTOLAR
25 Aprel 2024 10:40Vətəndaşlar öz avtomobilləri ilə Laçına gedə biləcəklər
25 Aprel 2024 10:32Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdən
24 Aprel 2024 14:41