adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
03 Avqust 2018 16:14
8893
MƏMLƏKƏT
A- A+

Narkotik və psixotrop maddələrin qaçaqmalçılıqla ölkəyə keçirilməsi cəhdləri artıb

Son aylar narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkəyə keçirilməsi cəhdləri artıb.

Adalet.az-ın məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin (DGK) Biləsuvar Gömrük İdarəsinin rəisi Musa Mirzəli deyib.

İdarə rəisinin sözlərinə görə, may ayından bu günə qədər "Qoşa Təpə” gömrük postunda narkotik vasitə və psixotrop maddələrlə bağlı 46 cinayət faktı qeydə alınıb.

M.Mirzəli bildirib ki, yanvar-may ayı ərzində isə narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılığı ilə bağlı 38 fakt aşkarlanıb:

"Təkcə iyul ayında 19 fakt aşkarlanıb”.