adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
03 Avqust 2018 14:52
16190
GÜNDƏM
A- A+

«QARABAĞ»IN ŞƏHİDLƏRİ

ALLAHVERDİ BAĞIROV (Azərbaycanın Milli Qəhrəmanı) - əvvəllər kapitanı, sonra baş məşqçisi.


ELDAR BAĞIROV (Azərbaycan SSR Ali Sovetinin deputatı), - komandanın uzun müddət kapitanı, Dağlıq Qarabağda hadisələr başlayanda Ağdamda ilk dəfə özünümüdafiə batalyonu yaradıb, sui-qəsd nəticəsində öldürülənədək erməni işğalçılaırı ilə öz batalyonu ilə düşmənə qan udduran bir igid. Allahverdi Bağırovun kiçik qardaşı.



ASİF MƏHƏRRƏMOV (Fred Asif, Milli Qəhrəman) – «Qarabağ»ın oyunçusu, batalyon komandiri. Ölənədək Milli Qəhrəman ordenini sinəsinə taxmayan oğlan. Deyirdi ordeni sinəmə Xankəndində taxacam.



ƏRŞAD NADİROV (batalyon komandiri) - «Qarabağ»ın ən ipə-sapa yatmaz, dəli-dolu, davakar oyunçusu. Dostları onu «Dəli Ərşad» çağırardı. Yəni Koroğlunun dəlilərindən idi. Özünümüdafiə batalyonunun komandiri idi, qəhrəmancasına şəhid oldu. Və Ağdam camaatı onu müharibə başlayandan sonra «General Ərşad» deyə çağırırdılar. «Qarabağ»ın əfsanəvi futbolçusu Vüqar Nadirovun atası, Adil Nadirovun kiçik qardaşı.


ADİL NADİROV - «Qarabağ» komandasını Ağdamın ən ağır vaxtlarında və işğaldan sonra dağılmağa, məhv olmağa qoymayan və bugünədək bütün ömrünü «Qarabağ»a həsr edən Azərbaycanın Lobanovskisi. Və komandanın canlı şəhidi (Allah ömür versin, İmarətdə oynatsın «Qarabağ»ı).