adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
03 Avqust 2018 13:18
12020
DÜNYA
A- A+

Trampın ailəsi təhdid olundu

ABŞ prezidenti Donald Trampın oğlu Erik Tramp ona və ailəsinə təhdidlər edildiyini bildirib.

AzVision.az xəbər verir ki, bu barədə Erik "Fox News” telekanılına müsahibəsində aparıcının onların ailəsinə edilən təhdidlərlə bağlı sualı cavablandırarkən deyib.

"Məni təhdid edirdilər, bütün ailəmizi, hər birimizi təhdidlə hədələyirdilər. Bizim hamımızın evimizdə bəyaz toz maddəsi aşkarlanıb”, – deyə Erik Tramp vurğulayıb. O, həmçinin bildirib ki, atası Donald Trampın fəaliyyəti və ABŞ prezidentinin qohumları barədə mediada yayılan bir çox məlumatlar tamamilə absurddur.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bir sıra Amerika KİV-lərini yayımladıqları saxta xəbərlərə görə "xalqın düşməni” adlandırıb. Buna cavab olaraq həmin KİV-lər Trampı tənqid edən materiallar dərc edir və Ağ Evdən sızdırılan kompromat məlumatlar yayırlar.