Faiq QİSMƏTOĞLU: HORADİZİ AVROPA ŞƏHƏRİNƏ ÇEVİRƏN

FAİQ QİSMƏTOĞLU
47484 | 2018-08-03 12:51

… İnsanlar ancaqöz əməllərilə yadda qala bilərlər. Yəni hər hansı bir insan nə qədər vəzifəli, nəqədər istedadlı, nə qədər bacarıqlı olsa belə, əməli-saleh deyilsə, xalqa, millətə,insanlara doğma münasibət göstərmirsə, onlar heç vaxt elin, obanın yaddaşında qala bilməzlər. Ən azından ona görə ki, həyat müvəqqətiolduğu kimi, vəzifə də daimi deyil. Əgər vəzifə daimi deyilsə, deməli, bu barədəciddi düşünməli, bir daha götür-qoy edilməlidir. Yəni insanı yaşadan onun insanlığı,böyük ürəyi, millətə və xalqa olan sevgisidir…

Mən gözümü açandanFüzulidə raykomun 1-ci katibi və eləcəcə də icra başşçıları görmüşəm. Ancaq onlarınheç də hamısı bizim camaatın yaddaşında, qəlbində elə də bir iz qoymayıb. İz qoyanlarıisə bu camaat, bu xalq heç vaxt yaddan çıxarmayıb. Çünki onlar o vəzifəyə, o yüksəkkresloya təsadüfən gəlməyiblər… çünki onlar o yüksəlişə çatana qədər nə qədər enişli-yoxuşluyollar keçiblər… çünki onlar sadə xalqla, camaatla öz dilində danışmağı bacarıblar…

… Uzun illər keçsədə bax, həmin insanlar bu gün də xatırlanır. Partiyanın kəsəkəs vaxtında Füzulidərayon Partiya Komitəsinin birinci katibi vəzifəsini Qədim Əhmədov daşıyırdı. Ondabiz orta məktəbdə oxuyurduq. Amma görürdük ki, böyüklərimiz, ağsaqqallarımız QədimƏhmədov barəsində ağızdolusu danışır. Deyirdilər ki, bu kişi camaat adamıdır. Vəcamaat adamı olan Qədim Əhmədov da heç vaxt özündən razı olmazdı. Hətta kimi danlasaydı,buna görə kimsə ondan inciməzdi. Sonra Füzuliyə Partiya Komitəsinin birinci katibivəzifəsinə Əhməd Əhmədzadə təyin edildi. O da öz istedadı, savadı və obyektivliyiilə camaatın çox böyük hörmətini qazandı. Çox adamı vəzifəyə qoydu və heç bir təmənnaummadı. Aslan Mehdiyev də bir müddət rayon partiya komitəsinin birinci katibi vəzifəsindəçalışdı. Kişi kimi işlədi, kişi kimi də o vəzifədən getdi. Nəbi Muxtarovsa nə az,nə çox, düz 18 il Füzuli rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışdı.Hamı da onu savadlı, obyektiv, dövlətə və prezidentə sədaqətli insan kimi tanıdı.Və eyni zamanda camaat onu da tanıdı ki, Nəbi müəllim gözünün işığı da olsa haqqıtapdayana heç vaxt güzəşt etməzdi. Bunlar hamısı füzülilərin yaddaşına həkk olunubvə tarixi heç vaxt silmək olmaz. Düzdür, biz insanlar haqqında öz müsbət fikirlərimizisəsləndirdik. Amma onlara ən dəqiq, ən obyektivqiyməti verən tarix və zamandır.


Bu gün isə Füzulirayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevdir. Və Alı Alıyev bu vəzifəyə qədərçox böyük həyat məktəbi keçib. Müxtəlif vəzifələrdə işləyib. Mən deyərdim ki, Füzulicamaatını, onun kənd təsərrüfatını, iqtisadiyyatını Alı müəllim qədər hər vəzifəlişəxs bilə bilməz. Çünki Alı müəllim hansı vəzifədə əyləşibsə, həmişə camaatın içindəolub, el-oba ilə öz dilində danışıb, onların ağrı-acısını duya bilib. Belə bir deyimvar: «Ağrımayan adam heç vaxt ağrıyan adamı başa düşə bilməz». Bax, bu konteksdənhadisələrə yanaşanda, Alı Alıyev sözün həqiqi mənasında hər bir füzulilinin, hərbir insanın ağrısını-acısını duya bilib və onun qəlbini ələ almağı bacarıb.

Artıq 8 ildən çoxdurki, Alı Alıyev Füzuli rayon icra hakimiyyətinin başçısı vəzifəsini çox böyük məsuliyyətlə,vicdanla icra edir. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında səsləndirib ki,mən bu xalqın bir nömrəli xidmətçisiyəm. Və Alı müəllim də bu missiyanı, bu vəzifənihəmişə xalqa xidmət etməkdə görüb.

Çox nadir başçı olarki, hər səhər saat 6-da ayağa qalxsın, şəhərə çıxsın, piyada gəzsin və mövcud nöqsanlarıelə həmin anda əlaqədar qurumların diqqətinə çatdırsın. O, hər səhər Horadiz şəhərinəçıxır, hər şeyə göz qoyur, səliqə-səhmana fikir verir, hətta yeni əkilmiş ağaclarınbu yay günündə suvarılmasını belə yaddançıxarmır. Bilmirəm, siz Horadizdə olmusunuz, yoxsa yox. Son 7-8 ildə Horadiz şəhərindəo qədər möhtəşəm işlər görülüb ki, onu saymaqla qurtarmaq olmaz. Bütün bu işlərbir günün, iki günün nəticələri deyil. Bunlar hamısı uzun illərin müəyyən zamankəsiyinin bəhrəsidir.

İcra başçısı varki, sinəsinə döyüb deyir ki, rayondakı bütün işləri mən görmüşəm. Alı müəllimlədəfələrlə rayonun sosial-iqtisadi inkişafı ilə bağlı söhbətlərimiz olub. Bir dəfəgörmədim o desin ki, bu qədər işləri biz həyata keçirmişik. Həmişə sözünün əvvəlidə, sonu da belə olub: rayonda nə qədər abadlıq işləri gözə dəyirsə, hamısı cənabprezident İlham Əliyevin zəhmətinin bəhrəsidir. Biz sadəcə olaraq tapşırılan işiicra edirik. Yəni cənab prezident rayonun sosial-iqtisadi inkişafı üçün vəsait ayırıbvə həmin vəsait də böyük abadlıq işlərinin görülməsinə xərclənib. Alı müəllim birsözü də xüsusilə vurğulayıb ki, bu məsələlərdə, yəni abadlıq, quruculuq işlərindərayon camaatı də bizə dəstək olub.

Ölkə prezidenti İlhamƏliyev dəfələrlə Füzuliyə səfər edib. Hər dəfə Füzulidə görülmüş möhtəşəm işlərinşahidi olanda prezidentin də ürəyi açılır, bu camaata, bu el-obaya köməkliyini əsirgəmir.Və onu da qeyd edək ki, prezident İlham Əliyev digər rayonlarla müqayisədə Füzuliyədaha çox diqqət və qayğı göstərir. Bu da həm icra başçısı Alı Alıyev, həm də camaattərəfindən yüksək qiymətləndirilir.

Mən dəfələrlə sadəinsanlarla söhbət eləmişəm və onların heç bir vəzifə sahibindən asılacağı yoxdur.O sadə insanlar deyirlər ki, əgər biz burda, cəbhə bölgəsində rahat yaşayıb işləyiriksə,bu əmin-amanlığa, bu xeyir-bərəkətə görə, cənab prezidentə minnətdarıq.

Təbii ki, ölkəmizdəprezident İlham Əliyevə sədaqətli olan kifayət qədər vəzifəli şəxslər var. Onlardanbiri də Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyevdir. Sözdə bunu çoxlarıdeyir. Amma gəlin Füzuliyə baxın, görün, Alı müəllim nə qədər cənab prezidentinetimadını doğruldur, Prezidentə və xalqına sədaqətlə xidmət eləyir.

İcra başçısı varki, günlərlə, həftələrlə qəbuluna düşmək olmur. Amma Alı müəllimin qəbul günü oldu-olmadı,istənilən vaxt Füzuli rayon sakini onunla görüşə bilər və dərdini deməkdə çətinlik çəkməz. Və Alı müəlliminən müsbət xüsusiyyətlərindən biri odur ki, Füzulinin bütün kəndlərində səyyar görüşlərkeçirmiş və bu gün də o görüşlər davam eləyir. Bu cür görüşlərdə Alı müəllimlə yanaşı,rayonun hüquq-mühafizə orqanlarına və eləcə də digər dövlət qurumların rəhbərləriiştirak eləyirlər. Yəni görüş zamanı hərhansı vətəndaşın qaldırdığı problem çox vaxt elə yerindəcə həllini tapır, digərməsələlərsə diqqətdə saxlanılır.

Bir dəfə bizim Bəhmənlidə səyyar görüş keçirilir. Həmingörüşdə bir neçə istedadlı gənc maraqlı təkliflərləçıxış edir. Həmin gənclərdən birinin çıxışı Alı müəllimin diqqətini cəlb edir. Onunlasöhbət edir, bir daha bacarığını, savadınımüəyyənləşdirəndən sonra icra hakimiyyətinə işə dəvət edir. Bir müddət həmingənc icra hakimiyyətində işlədikdən sonrayeni açılmış xalçaçılıq sexinə rəhbər vəzifəyə təyin olunur. Ümumiyyətlə,bu səyyar görüşlər zamanı Alı müəllim çox istedadlı gəncləri üzə çıxarır və onlarıicra hakimiyyətində işə gətirir.

Dəfələrlə bizimləsöhətində Alı Alıyev bir fikri səsləndirir ki, bu gün gənclərə cənab prezident çoxböyük etimad göstərir və biz də rayonda belə istedadlı gəncləri axtarıb tapır, onlarılayiq olduğu yerlərdə yerləşdiririk. Çünki bugünkü sürətli inkişaf daha istedadlıvə daha enerjili gənclərə «yaşıl işıq» yandırır. Və biz də belələrini axtarıb tapmalıyıq.

Füzulidə yolun sağvə sol hissəsində 8 il bundan qabaq çinar ağacları əkilib. Və bu çinar ağacları tək Füzuli-Horadiz yolunda deyil, bütün kəndlərəgedən yolların kənarında boy verməkdədir. İndi bu ağacların bir kölgəsi var ki,gəl görəsən. Bir gün Füzulidən Horadizə gedirdik, hava da çox isti idi. Kərimbəylikəndinin yuxarısında pambıq alağı eləyən qadınlar çinarın kölgəsində oturub naharedirdilər. Hansı ki, 3-4 il bundan qabaq həmin qadınlar bir kölgəlik tapmırdılarki, bir tikə çörək kəssinlər. Yəqin ki, onların ürəyindən bu sözlər keçirdi: kimbu ağacı əkibsə, Allah onlara can sağlığı versin, ölənlərinə də rəhmət eləsin!

Füzulidə, eləcə dəHoradiz şəhərində çox gözəl məkanlar var. Mən onlardan cəmi ikisinin adını çəkəcəyəm:biri Heydər Əliyev parkı, biri də Bayrıq meydanı! Bilirsiniz, beş-on il bundan qabaqyayın istisində heç kəs Horadizdə tab gətirə bilməzdi. Amma indi şəhərdə əkilmişon minlərlə ağacın sərinliyi Horadizi cənnətə döndərib. Hətta axşam saatlarında qonşu kəndlərdən çoxlu sayda insanlar isti yaygünlərində sərinləmək üçün Heydər Əliyev parkına gəlirlər.

Bayraq meydanı isəçox möhtəşəmdir. Təsəvvür edin, bir vaxtlar bu yüksəklikdə ilanlar mələyirdi vəora qalxmaq da çox çətin idi. Bayraq meydanıinşa ediləndən sonra bu ünvan çox möhtəşəm görünür. Gecələr rəngarəng işıqlarbura qeyri-adi bir füsünkarlıq gətirir. Mən də gecə saatlarında Horadizə gəlmişəmvə nəvəm deyir ki, dədə, gəl qalxaq Bayraq meydanına. Çünki ora çox sərin olur.Deyirəm ki, Tunar, yorulmazsan ki? Deyir yox! Dostum Arif, oğlum Emin və nəvəm Tunarlapilləkənləri yuxarı qalxırıq. Arfilə Emin yorulub yarı yolda qalır. Amma maşallah,Tunar məndən də qadaqda gedir. Beş-altı dəqiqəyə lap yüksəkliyə qalxırıq. Oturacaqdaəyləşib dincimizi alırıq. Ordan Horadiz şəhəri, hətta qonşu İranın Aslandüzü ovuciçi kimi görsənir. Bura o qədər sərindir ki, geri qayıtmaq istəmirik…

… Yarım saatdan sonrapilləkənləri aşağı enirik. Burda isə bizi isti hava qarsır. Tunar deyir ki, dədə,ora heyf deyildi, gəl qayıdaq! Nəvəmi sakitləşdirirəm ki, sabah bir də gələrik…

… Hər səhər açılandabax beləcə, bir ümid göyərir. Çünki bu ümidin göyərməsi insanların sevinməsi, ürəyininaçılması deməkdir. Və camaat da ona sevinir ki, bu gün rayonun ağır yükünü çiynindədaşıyan icra hakimiyyətinin başçısı Alı Alıyev həmişə onların yanındadır. Ən azındanona görə ki, hansı xeyir-şərə getsən orda Alı müəllimi görmək olar. Bir dəfə AşağıYağlıvəndə getmişdim. Dostum, tanınmış jurnalist rəhmətlik Əsgər Şıxəliyevin yasməclisində işitrak edirdim. Dedilər Alı müəllimin bu kənddə camaatla görüşü olacaq.Ancaq mənim vaxtım olmadığına görə, o görüşdə iştirak edə bilmədim. Camaatın isəarasında olmaq, onların dərd-sərilə maraqlanmaq icra başçısını xalqa daha da yaxınlışdırır.Və Alı Alıyevi də elə camaata sevdirən, doğmalaşdıran onun prezidentə və bu el-obayasadiq olmasıdır. Sadiqlik heç kimin yadından çıxa bilməz…


TƏQVİM / ARXİV