adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
03 Avqust 2018 11:38
9478
İDMAN
A- A+

UEFA Super Kubokunu bu hakimlər idarə edəcək

UEFA Super Kuboku uğrunda İspaniyanın "Real Madrid” və "Atletiko Madrid” komandaları arasındakı keçiriləcək matçı idarə edəcək hakimlər məlum olub.

Adalet.az UEFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşmanın baş hakimi Polşa Futbol Federasiyasının təmsilçisi Szimon Marçiniak olacaq.

2017-2018-ci illər mövsümündə UEFA Çempionlar Liqasının qalibi olan "Real Madrid” ilə UEFA Avropa Liqasının çempionu "Atletiko Madrid” arasındakı görüş avqustun 15-də Estoniyanın paytaxtı Tallindəki "Lillekula” stadionunda keçiriləcək.

Oyunda baş hakimə həmyerliləri Pavel Sokolniki və Tomas Listkievicz kömək edəcəklər.