adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
03 Avqust 2018 10:35
11087
KRİMİNAL
A- A+

875 kq narkotik məhv edilib

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyəsi, kultivasiyası, eləcə də yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Adalet.az-a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Xanagah kəndi ərazisində 2,5 hektar ərazidə yabanı halda bitən ümumi çəkisi 875 kiloqram olan 1109 ədəd narkotik tərkibli çətənə bitki kolları aşkar edilərək yandırılma yolu ilə məhv edilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.