adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
02 Avqust 2018 18:08
18914
SİYASƏT
A- A+

İmzalar açıqlandı - CHP yeni liderini seçəcək

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasında (CHP) yeni lider seçmək tələbilə növbədənkənar qurultayın keçirilməsi üçün toplanan imzaların sayı açıqlanıb.

Adalet.az Anadolu agentliyinə istinadən xəbər verir ki, CHP Partiya Məclisinin üzvü Gaye Usluər qurultayın keçirilməsi üçün 630 imza toplandığını bəyan edib.

"Partiya sədrimiz vaxt itirmədən növbədənkənar qurultayın çağırılması prosesinə başlamalıdır.” – deyə Usluər bildirib.

Qurultayın yaxın 45 gün ərzində təşkil ediləcəyi ehtimal olunur.

Qeyd edək ki, Türkiyədə iyunun 24-də keçirilən parlament və prezident seçkilərindən sonra CHP-nin bir sıra üzvləri partiyanın lideri Kamal Kılıçdaroğlunu uğursuz siyasətdə günahlandırmış və ondan seçkilərdə prezidentliyə namizəd olmuş Məhərrəm İncenin xeyrinə vəzifəsini tərk etməyi tələb ediblər.(azvision.az)