adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
02 Avqust 2018 17:54
12275
DÜNYA
A- A+

Rədd edilmiş iş adamı gözəllik kraliçasını güllələdi

Taylandda 20 yaşlı gözəllik kraliçasının və 21 yaşlı dostunun qatili axtarılır.

Bununla bağlı "Bangkok Post” nəşri məlumat yayıb.

Pavina Namuanqrak doğum gününü Budda dağı kimi adlandırılan Kxao Çi Çanda keçirmək qərarına gəlib. Qız bunun üçün dostunu, keçmiş həmkarını və daha bir nəfəri özü ilə aparıb.

Qatil onları parkinq yerində ağ avtomobildə gözləyib. O, Pavina və dostu Anantaçaya Carirama yeddi dəfə atəş açıb və hadisə yerindən qaçıb.

Polis ehtimal edir ki, hücum Patonq şəhərində ikigecə klubunun sahibi olan 39 yaşlı biznesmen Panya İnqdanq tərəfindən törədilib. Şahidlərin sözlərinə görə, o, əvvəllər klubunda çalışan Pavinanı sevib. Qız biznesmenin təcavüzündən qurtulmaq üçün işdən çıxıb.

İstintaq hesab edir ki, hadisəyə qısqanclıqsəbəb olub. Ancaq Anantaçayanın anası bu versiyaya inanmadığını və oğlunun gey olduğunu qeyd edib.