adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
02 Avqust 2018 17:30
24140
TEXNOLOGİYA
A- A+

Azərbaycan payızda ikinci peyki orbitə buraxacaq

Azərbaycanın ikinci "Azerspace-2/Intelsat 38” geostasionar peykinin buraxılışı 2018-ci ilin sentyabrına planlaşdırılıb.

Trend-in məlumatına görə, bunu "The John Batchelor Show” (ABŞ) radio şousunun efirində "Azərkosmos” ASC-nin prezidenti Rəşad Nəbiyev deyib.

R.Nəbiyev qeyd edib ki, hazırda orbitdə Azərbaycanın iki peyki var; Afrika, Mərkəzi Asiya, Yaxın Şərq və Avropada telekommunikasiya xidmətləri göstərən "Azerspace-1” və bütün dünya üzrə, eləcə də "Google” kimi iri şirkətlərə xidmət göstərən "Azersky” peykləri var.

R.Nəbiyev əlavə edib ki, kosmik xidmətlər bazarı sürətlə dəyişir və bu sektorda getdikdcə daha böyük rolu startaplar oynayır.

Qeyd edək ki, "Azerspace-2/Intelsat 38” peyki Fransa Qvianasında yerləşən Kuru kosmodromundan buraxılacaq.