adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
02 Avqust 2018 17:02
59339
AVTOMABİL
A- A+

Avtomobil alanlara bəd xəbər - 1500 manata kimi rüsum ödəyəcəksiniz

"Dövlət rüsumu haqqında" Qanuna 12 iyun 2018-ci il tarixli qanunla edilən dəyişiklikdə hər il üçün fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin DYP-də dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğlərinin Nazirlər Kabineti tərəfindən təsdiq edilməsi nəzərdə tutulur.

Adalet.az xəbər verir ki, bu barədə nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynov özünün feysbuk səhifəsində məlumat verib. O, bildirib ki, qanun layihəsi təklif olunanda mahiyyətcə yeni olan rüsumun nə olduğunu anlamayıb, çünki bizim qanunvericilik "özgəninkiləşdirilməsi haqqında müqavilələrin" dövlət qeydiyyatını nəzərdə tutmur:

Qanunlar buna bənzər 2 şey nəzərdə tutur:
1) müqavilənin notarial təsdiqini;
2) müqavilə pedmetinin (müqavilənin özünün yox, predmetinin, yəni avtomobilin) dövlət qeydiyyatını.

31 iyulda Nazirlər Kabineti bu rüsumu təsdiqləyib. Qərarda elə avtomobilin qeydiyyatı nəzərdə tutulur.
Özünüz hüquqi kombinasiyaya baxın (Qərarın 1.1-ci bəndindən çıxarış):

1.1. Bu normativ hüquqi akt (bundan sonra – akt) ... "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 18.65.3-1-ci maddəsinə uyğun olaraq 2018-ci il üçün fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət qeydiyyatına alınmasına (bundan sonra – minik avtomobillərinin dövlət qeydiyyatına alınması) görə dövlət rüsumunun məbləğlərini müəyyən edir.

Həmin rüsum avtomobilin istehsal ilindən və mühərrikinin iş həcmindən asılı olaraq 30-1500 manat arasında dəyişir.