adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
01 Avqust 2018 17:13
9866
MƏMLƏKƏT
A- A+

Azərbaycan dilinin təbliği ilə bağlı tədbir keçirilib

Berlində 1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili munasibətilə "Ana dilini Unutma" adlı tədbir keçirilib.

Adalet.az xəbər verir ki, təbridə çıxış edən Azərbaycan Mararifçi Gənclər Təşkilatının sədri Ruhiyyə Aslanova bildirdi ki, hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini, ədəbiyyatını yaşadan, inkişaf etdirən onun dilidir: "Millətin dilinin dövlət dili statusuna yüksəldilməsi böyük bir tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Vətənlərindən uzağda olmaqlarına baxmayaraq onların öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu xatırladaraq vurğuladıkı dil ünsiyyət vasitəsi ilə yanaşı, millətin simasını səciyyələndirən amillərdən birincisidir. Məhz bu səbəbdən Azərbaycan Mararifçi Gənclər Təşkilatı və Azərbaycan Respublikasınin Prezidenti yanında Qeyri -Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirilən bu tədbirin əsas məqsədi Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və dilçiliyin inkişafına dair dövlət programına yerli milli Qeyri-Hökümət təşkilatı kimi öz töhvəsini verməklə yanaşı Almaniyada yaşayan Azərbaycanlı övladların öz dillərini unutmamasını sevməsini aşılamaqdır".

Ruhiyyə Aslanova qeyd etdi ki, Azərbaycan Maarifçi gənclər təşkilatı Bakıda 6 saylı məktəb liseydə kitab aksiyası hayata keçirib. Aksiya nəticəsində məktəbin şagirdləri Almaniyada yaşayan azərbaycanlı həmyaşıdlarına Azərbaycan dilində kitablar toplayıblar. Həmyaşıdları tərəfindən onlara göndərilən bu kitabların ana dilllərini unutmaması yönündə köməklik göstərəcəyinə əmin olduğunu bildirdi.

Tədbirin sonunda Almaniyada yaşayan Azərbaycanlı uşaqlara Bakıdakı 6 saylı məktəb liseydən həmyaşıdları tərəfindən göndərilən azərbaycan dili dərslik və yazı işi dəftərləri eləcədə azərbaycan dilində uşaq ədəbiyyatı kitabları paylanıldı.