adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
01 Avqust 2018 17:33
6460
HADİSƏ
A- A+

Moskvada azərbaycanlılar dava saldı

Moskvanın Şərqi İzmaylovo rayonunda restoran işçiləri ilə buraya gələn qonaqlar arasında dava olması ilə bağlı polisə məlumat daxil olub.

Adalet.az xəbər verir ki, bununla bağlı "Moskva” agentliyi məlumat yayıb.

Hadisə avqustun 1-i, gecə saatlarında baş verib. Məlumata əsasən, davada 10 nəfər iştirak edib. Hadisə yerinə gələn polislər silahdan havaya üçdəfə xəbərdarlıq atəşi açmalı olublar.

Hadisə zamanı restoranın mühafizəçisi, Dağıstan vətəndaşı, eləcə də, ikinəfər Azərbaycan vətəndaşı xəsarət alıb.