adalet.az header logo
  • Bakı 13°C
01 Avqust 2018 17:29
8886
SAĞLAMLIQ
A- A+

Gözəl görünməyin bəzi üsulları

Hər bir dərinin özünəməxsus xüsusiyyəti var. Kimisi quruluqdan, kimisi də yağlılıqdan şikayətlənir. Bunun üçün hər dəri növünə uyğun olan maskalardan istifadə edilməlidir:

Adalet.az xarici mətbuata istinadən aşağıdakı maskaları təqdim edir:


Nəmləndirici maska:

2 qaşıq yağlı kəsmiyi 1 çay qaşığı təbii meyvə şirəsi ilə qarışdırın. Qarışığın üzərinə 1 çay qaşığı yumurta sarısı və 1 çay qaşığı kamfora yağı əlavə edib, yaxşıca qarışdırın. Maskanı üzdə 20 dəqiqə saxlayıb, ilıq su ilə
yuyun.

Gözətrafı qırışlara əlvida:

Qızılgül, santal və neroli efir yağlarının hərəsindən 1-2 damcı qarışdırıb, gözətrafına çəkin.

Sellülitə "yox" de!

Gerani, limon, fenxel, paçuli, rozmarin və kiparis efir yağlarının hərəsindən 1-2 damcı əlavə edib, qarışdırıb, problemli yerlərə çəkin.

Saçların daha da gözəlləşsin:

Saçları içinə 5-7 damcı jajoba yağı əlavə olunmuş şampunla yuyun. Bu qarışıq saçlara parlaqlıq verib, onların kökünü bərkidəcək. Saç tökülməsinin qarşısını almaq üçün təmiz saçları zəncəfil və evkalipt dəmləməsi ilə yaxalayın.

Dişlərini ağart:

Limon şirəsi sıxılmış pasta ilə dişləri fırçalamaqla onları bəyazlaşdırmaq olar.