adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
01 Avqust 2018 17:16
17174
MARAQLI
A- A+

Yer kürəsinin resursları tamamilə tükəndi

İnsanlar avqustun 1-də 2018-ci il üçün resursların ehtiyatını tamamilə bitirdilər və planetə "borclu” yaşamağa başladılar.

Adalet.az "RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın vəhşi təbiətinin ümumdünya Fondu bildirib.

Hər il ekoloji borc gününün tarixi "Ekoloji izin qlobal şəbəkəsi” elmi-tədqiqat təşkilatı tərəfindən müəyyən edilir. Bunun üçün bioloji resursların istehlakı və parnik qazlarının tullantıları üzrə BMT-nin agentliklərinin məlumatlarından istifadə olunur.

Həmçinin, xəbərdə qeyd edilir ki, 2000-ci illərin başlanğıcında ekoloji borc günü oktyabr ayına düşürdü. 2017-ci ildə isə insanlar Yer kürəsinin bir il ərzində istehsal edə biləcəyi ehtiyatları avqustun 2-də tamamilə bitirdilər.