adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
01 Avqust 2018 16:24
6254
HADİSƏ
A- A+

Bir ayda 173 hərbi sursat və mina zərərsizləşdirilib

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) iyul ayı üzrə hesabat təqdim edib.

Agentlikdən Adalet.az-a verilən məlumata görə, 2018-ci ilin iyul ayı ərzində Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Cəbrayıl, Daşkəsən, Füzuli, Goranboy, Göygöl, Xocavənd, Qazax, Qaradağ, Lənkəran, Tərtər, Tovuz rayonları, Gəncə və Sumqayıt şəhərləri ərazisində 424,299 m² ərazi yoxlanılıb, 168 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd piyada əleyhinə mina və 3 ədəd tank əleyhinə mina (cəmi 173 ədəd) aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 486 nəfər əməliyyat heyəti, 134 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 529,515,651 m² ərazi təmizlənib, 797,096 ədəd mina və partlamamış hərbi sursat tapılaraq zərərsizləşdirilib.

İyul ayı ərzində Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng Mərkəzindən - 8, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən - 7, Dövlət Sərhəd Xidmətindən - 2 və Rayon İcra Hakimiyyətindən - 1 müraciət daxil olub. Müraciətlər əsasında 11,170 m² ərazi təmizlənib, 32 ədəd partlamamış hərbi sursat aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

2018-ci ilin iyul ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.