ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Kişilər Adəm ola bilmədilər - Əli Əsgərdən şeirlər

9777    |   2018-08-01 16:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Adalet.az saytı gənc şair Əli Əsgərin şeirlərini təqdim edir. 






















Monogamiya.

Qollar həvvanın qızlarını qucaqlamaq üçündü
Sevgi cənnətdən qovulmaq bəhanəsidi
Kişilər Adəm ola bilmədilər
Bizdəki eşq, unudulmaq həvəsidi
Bu pessimist halımız da
"Nə olacaq" sualımız da
İçdən-içə güldüyümüz insanlığın halına ağlamaq üçündü

Səni insanlardan iki planet uzaqda sevmişəm, Rebeka
Xəstəliklərin addımını atmadığı,
Ayrılıqların boyu çatmadığı hündür bir ərazidə
Uzaqlıqların "pik nöqtəsində"
Amma hara getsək Tanrı görür bizi də
Tanrısız sevgi yaşamaq
Ədəbsiz yemək yeməyə bənzəyir, yadlar əhatəsində

Əvvəl elə bilirdim ki,
insanlar bumeranqdı
Xoşbəxtlik atsam elə onu da qaytararlar
Amma belə deyilmiş, sən də belə düşünmə,
Yanağını batırmayan, gülüşünü üzündən apararlar
Bütün qapıların bağlanacağı günəcən
Ən poetik şeirlərin, ən maraqlı kitabların
Oxunulacağı son dodaqlaracan
Sözlər bizi biri- birinə klidləyib
Barmağını cütləyib
Ən möhtəşəm adları say, məndən, özünəcən.
Paris sevgi şəhəridi deyirlər
Orda da xoşbəxtlik 50 frankdı


Və bu şeirin adının mənasını bilməməyin də
Öyrənmək istəyin də
Səni daha da poetikləşdirir, Rebeka
Məni daha da şair edir
Açığı gözlərimə baxsan, biləcəksən monogamiya nədir
Çünki sözlərə tam inanmayan qadınlar
Gözlərə baxıb dəqiqləşdirir, Rebeka


Yalançıların melodiyası

Hər şey yaxşı olacaqdı
Olmadı
Ölənəcən qalacaqdın
Qalmadın

Bax, bu dağınıq saç da,
Səliqəsiz saqqal da sənin işindi
Hərə bir cür sərnişindi
Boş təsəllilərlə dolu kupeləri olan qatarda
Kimi inanar oyaq qalar,
Kimi gəlməyəcək deyib yatar da

Sən çox fərqli idin, çox
Saçların zəhərsiz sarmaşıqları xatırladırdı
Gözlərin Mariana çökəkliyini
Saçlarında dolaşıb qalmaq,
Gözlərində yox olmaq istəyən adam
İndi bilmir harda güllələsin inqilabçı təkliyini

Bütün qadınlar eyni sağollaşır
Eyni bəhanələrlə, eyni yalanlarla
Və bütün kişilər eyni davam edir-
Qalanlara

Bu da bir növ gedənlərə acıqdı
Yəni qalıb, qalmamağın önəmli deyil
Sadəcə uydurduğun bəhanələr qəmlidi
Yalan deyirəm, telefonum açıqdı
Mesaj yaz.
Sən yazdığın mesajın, səsi də önəmlidi

Mən də dəli olmuşam, deyim biləsən
Evi başıma yıxıram
Nəinki incə səsin üçün
Səsindəki incə saitlər üçün də darıxıram.


Dərs 1.

Evinin divarları hey üstünə gəlirsə
Bütün darıxmaqların ən yaxşı yeri küncdü
Gözlərinə güllə dəyən əsgərin anası hələ gülürsə,
Sevgilinin getdiyi üçün, ağlamağın gülüncdü.

Səhər yuxudan duran kimi yadıma sən düşürsənsə
Səni də oyandırıramsa telefonun səsinə
Kimisə unutmaq üçün mənimlə görüşürsənsə
Unudulmaz birisən, nə deyim eləsinə?

Bir torpağın həvəsinə gedənlər qayıtmırsa
Demək mən də, getsəm qayıtmayacam
Demişdim ha, unudulmaz birisən, bu sözü unutmursan,
Səni unutmayacam.


Zəncirlənən xanımım


Yaddaşıma zəncirlənib qalmısan
O gün bu gün, işlərim də tərs gəlir
Ha getməyə tərpənirsən alınmır
Ayağından qulağıma səs gəlir

Xəbərdarlıq kimidir bu zəhrimar
Əsəbləşib axtarıram kilidi
Yuxumdasan- kimdən zəhləm gedirsə
Görürəm ki, səninlə sevgilidi

İstəyirəm açıb azad buraxım
Sonra rahat deyim ki; Unutmuşam
Zəncirlənən yeri qıra bilmirəm
Tərsliyə bax, açarı da udmuşam

Unutmağın dərmanını yazıblar
Gün ərzində düz 3 dəfə atıram
Xeyri yoxdu, sevgidi e, yenə də
Zəncir səsi kəsiləndə yatıram


İmza:
SON XƏBƏRLƏR
2018-10-24
2018-10-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK